21.4 C
Gence
21.4 C
Gence

Gəncədə İslam dini irsinin nümunəsi: İmamzadə ziyarətgah kompleksi

İmamzadə kompleksi Gəncə şəhərindən təqribən 7 km aralıqda, Qədim Gəncə xarabalığlarında, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir. Kompleks imam Məhəmməd Bağırın VIII əsrdə vəfat etmiş oğlu İbrahimin məzarı üzərində ucaldılmış türbə ətrafında formalaşmışdır.

Kompleks sovet dövründə rəsmi dövlət qeydiyyatından keçmiş yeganə ziyarətgah olub.

Kompleksin əsas hissəsi türbə binası və qəbiristanlıqdan ibarətdir. Bununla yanaşı, türbənin ətrafında məscid, karvansaray tipli evlər, başdaşları, sərdabə-türbə tipli qəbirüstü abidələr, hovuz və digər tikililər mövcuddur. Kompleksin ətrafında olan hasar, daş və kərpicdən tikilib.

Gəncə xanı Cavad xan Ziyadoğlunun hakimiyyəti dövründə (1786–1804) türbədə əsaslı təmir işləri aparılmışdır. Bundan əlavə kompleksin ərazisi abadlaşdırılaraq, giriş hissəsinin divar və darvazalarının üzərində günbəz inşa olunmuşdur. 1878-ci ildə isə kompleksin bəzi hissələrini rus ordusunun general-mayoru İsrafil bəy Yadigarzadə öz hesabına bərpa etmişdir.

İmamzadə kompleksi bir neçə dəfə dağıntılara məruz qalıb. Kompleks 1946-cı ildən İmamzadə piri kimi fəaliyyət göstərmişdir. 1970-ci illərdə İmamzadənin idarə olunması Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin tabeliyinə verilmişdir. Sovet dövründə də, İmamzadədə təmir-bərpa işləri aparılmışdır.

Dəfələrlə aparılan yenidənqurma işləri kompleksin ilkin görünüşünü dəyişdirib. Son bərpa işləri burada 2010-2016-cı illərdə aparılıb.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Mənbələr:

  1. Gəncə İmamzadə türbəsi. Azərbaycan Milli Elmlər Akademiyası – Gəncə regional Elmi Mərkəz. Bakı-2012
  2. Nemət Məşədixanım. Azərbaycanda pirlər. Bakı-2010
  3. И. М. Джафарзаде. Историко-археологический очерк Старой Гянджи. Баку-1949
  4. И.П.Щеблыкин. Памятники Азербайджанского зодчества эпохи Низами. Баку-1943
  5. http://www.dqdk.gov.az/az/view/objects/67

Ən Çox Oxunan