26.4 C
Gence
26.4 C
Gence

Gəncədə osmanlı əsgərinin şərəfinə adlandırılan Toyuqçu məhəlləsi

Gəncənin Toyuqçu məhəlləsinin ərazisi, Nizami prospektinin Atatürk prospekti ilə kəsişməsində başlayıb, Şəddadilər küçəsi ilə kəsişməsində bitir.

Əslində məhəllənin adı toyuq saxlamaq ilə bağlı deyil. Deyilənə görə, məhəllənin adı Tuğ sözünün Tuyuğçu, sonra isə Toyuqçu kimi səhv tələffüz edilməsi nəticəsində dəyişib. Tuğ XVIII əsrədək türk dövlətlərində qədim dövlət rəmzi kimi tanınırdı. Bu dövlət rəmzi, Gəncənin 1588-ci ilin may ayında Osmanlı dövləti tərəfindən zəbt edilməsi ilə bağlıdır.

AMEA-nın Gəncə bölməsinin tarixçisi Namlet Allahverdiyev Kəpəz TV – yə verdiyi müsahibədə bildirib ki, Gəncə qalasını osmanlı komandiri Fərhad paşa tikdirmişdir. Qalada hərbi düşərgə salınmışdır və hərbi hissənin tuğu (ordusu) saxlanılırdı. Buna görə güman edilir ki, döyüşdə qəhrəmanlıq göstərən əsgərlərdən biri, “tuğçu” indiki Toyuqçu məhəlləsinin ərazisində yaşayıb və onun şərəfinə buraya Tuyuğçu adı verilib.

Gəncəli alim, tarixçi Fərrux Əhmədovun “Gəncənin tarixi yaddaşı” kitabında qeyd olunur ki, 1804-ci ildə Toyuqçu məhəlləsində 43 evdə 134 nəfər yaşamışdır. 1916-cı ildə isə məhəllədə artıq 960 ailənin yaşadığı bildirilir. Məhəllə sakinləri papaqçılıq, dərzilik, tacirlik ilə məşğul olublar. XIX əsrin sonu, XX əsrin əvvəllərində bura ziyalılar məhəlləsi kimi tanınırdı.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Mənbələr: 

  1. Fərrux Əhmədov. Gəncənin tarixi yaddaşı
  2. http://kepeztv.az/news/id/13939
  3. https://www.youtube.com/watch?v=p2O0_LjPQuE

Ən Çox Oxunan