24.7 C
Gence
24.7 C
Gence

Gəncədə Məhəmməd Əmin Rəsulzadənin büstü

Məhəmməd Əmin Rəsulzadənin büstü Gəncə şəhərinin Sidqi Ruhulla küçəsində, Dəmiryolçular parkında yerləşir. Azərbaycanda ilk dəfə olaraq 1991-ci ildə Məhəmməd Əmin Rəsulzadənin büstü Gəncədə ucaldılıb. Büstün müəllifi gəncəli heykəltaraş Cəmaləddin Rüstəmov olub.

1983-1991-ci illərdə Rəsulzadənin abidəsi yerində erməni generalı İvan Baqramyanın büstü yerləşirdi. Lakin 1991-ci ildə erməni generalının abidəsi sökülmüşdür və yerində Məhəmməd Əmin Rəsulzadənin büstü qoyulmuşdur.

GancaPost.info saytı Cəmaləddin Rüstəmovun bu haqda xatirələrini paylaşıb: “1990-cı ildə Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadənin ilk dəfə olaraq büstünün hazırlanması böyük bir məsuliyyət demək idi. … qanlı 20 yanvar faciəsindən sonra mənfur erməni generalı İvan Baqramyanın Dəmiryolu vağzalının parkında heykəli vardı. Qərara gəldik ki, onu dağıdaq. Və belə də oldu. Sonradan həmin yerdə Məhəmməd Əmin Rəsulzadənin büstünün qoyulmasına qərar verildi. O illərdə təsəvvür edin ki, Məhəmməd Əmin Rəsulzadənin şəklini belə tapa bilmirdik. 1990-cı ilin noyabr, dekabr ayları idi. Hansısa bir qəzetdən balaca bir ölçüdə Rəsulzadənin şəklini tapa bildik. Həmin şəklin əsasında mən eskiz etdim. Bəyənildi. Mən, heykəltəraş Asəf Həsənov və Qurban Qurbanov bu büstü hazırlamalı olduq. …1991-ci ilin aprel ayında büstün açılmasına nail ola bildik. …”.

Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakıda, Novxanı kəndində anadan olub. O, Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Milli Şuranın sədri, AXC Parlamentində “Müsavat” və bitərəflər fraksiyasının sədri olub.

 

Mənbələr:

  1. https://gancapost.info/az/article/1192/r-sulzad-nin-g-nc-d-ki-bustu-nec-qoyulub-tarix/
  2. http://www.tarixinstitutu.az/personalities/view/104

Ən Çox Oxunan