24.8 C
Gence
24.8 C
Gence

Gəncədə məcsidin günbəzində qədim Astral dininin rəmzi

Gəncə şəhərinin eyni adlı məhəlləsində yerləşir. Məscidin 1880-1883-cü illərdə tikildiyi təxmin olunur. Məscidin tikilmə səbəbi məhəllənin böyüməsi ilə bağlı idi. Məscidin tikintisinin təşəbbüskarlarıda məhəllə sakinlə olub. Deyilənə görə, məscidin inşasına təbrizli bir şəxs rəhbərlik edirmiş. 

Məscidin günbəzi kərpic və çay daşlarından hörülüb və 8 ədəd tağ şəkilli divar üstündə dayanıb. Abidənin günbəzindəki aypara qədim dövrün dinlərindən biri olan Astral dininin (ölümdən sonra o biri dünyaya inanc) rəmzidir. 

Sovet dövründə bu məsciddən yaşayış evi kimi istifadə edilib. Vaxtı ilə burada “Xəzinə” kitabxanası fəaliyyət göstərib. 1970-ci ildə burada təmir-bərpa işləri aparılıb.1994-cü ildə məscidin fəaliyyəti yenidən bərpa edilib və hazırda fəaliyyətə davam edir.

Məscidin binası və dam örtüyü kərpicdən tikilib, döşəməsi isə taxtadandır. İbadət zalı iki hissəyə – qadınlar və kişilər zalına bölünüb. Məscidin bir giriş qapısı var. Dini abidənin iç divarları göy rənglə işlənib. Qapı dördbucaqlı formadadır, taxtadan düzəldilib. Məscidin pəncərələri də taxtadandır və tağvari formadadırlar. Mehrabın (namaz qılanların məsciddə üzlərini çevirdikləri oyuq yer) hündürlüyü 3,5 metrdir. Mehrabın yan tərəfində və yuxarı hissədə 12 imamın adları yazılıb. 

Piri Axundov, ADAU-nun tarix fəlsəfə kafedrasının baş müəllimi məscid haqqında belə deyib: “Şahsevənlər abidəsi başqa məscid abidələrdən onunla fərqlənir ki, bunun minarəsi yoxdur. Abidədə minarəni günbəzə qədər olan pillələr əvəz edir. Abidəyə baxdıqda görürük ki, bu, həqiqətən də, tarixi memarlıq nümunəsidir. Azərbaycan memarlığının ən gözəl incilərindəndir”.

 

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

 

Mənbələr:

 

  1. Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası
  2. http://www.anl.az/down/meqale/525/2014/oktyabr/396951.htm
  3. https://news.milli.az/society/285428.html

Ən Çox Oxunan