Gəncə Alman Lüteran kilsəsinin binası Əhməd Cəmil küçəsi, 105-də yerləşir. Bina 1885-ci ildə almanlar tərəfindən inşa edilmişdir. Hal-hazırda kilsədə Gəncə Dövlət Kukla teatrı fəaliyyət göstərir.
Bu abidə ən qədim və ən böyük alman lüteran kilsərindən biri sayılıb. Binanın tikintisində əsasən tuf daşından istifadə edilib. Bina 1 zal, 1 foye və 15 otaqdan ibarətdir. 1915-ci ildə almanlar binanı Pravoslav kilsəsinin istifadəsinə vermişdilər.
Alman kolonistləri 1818-1819-cu illərdə əsasən Gəncə çayının sağ sahili boyunca, indiki Göygöl rayonuna kimi olan ərazidə və Şəmkir rayonunda məskunlaşmışdılar.
1897-ci ildə Gəncə qəzasında 3086, şəhərdə isə 103 nəfər alman yaşayırdı. Gəncədə almanlar 1941-ci ilin avqust ayına kimi yaşayıb.



Mənbələr:
- Gəncənin maddi mədəniyyət Abidələri. Nurlan-2004.
- https://www.elibrary.az/docs/jurnal/jrn2020_565.pdf
- https://www.elibrary.az/docs/qazet/qzt2016_3109.htm
- http://www.demoscope.ru/weekly/ssp/emp_lan_97_uezd.php?reg=375