Mayis Gəncəli 1937-ci ildə Gəncə şəhərində anadan olub.
Mayis Gəncəli uşaqlıq çağlarından saza böyük maraq göstərib. 1962-ci ildə ustadların yanında aşıqlığı öyrənməyə başlayıb. Aşıq Qədir, Aşıq Hümbət, Aşıq İslam Yusibov, Aşıq Zeynal Məmmədov (Qaraçıoğlu İbrahimin şagirdi), Aşıq Cuma Aslanov və Aşıq Hüseyn Cavandan dastanları mənimsəyib. Aşıq Mayis şaqraq və zil oxu manerası ilə seçilirdi, Koroğlu havalarının bilicisi və ustad ifaçısı idi.
Mayis Gəncəli 1984-cü ildə Azərbaycan Aşıqlar Birliyinin (AAB) 4-cü, 2008-ci ildə 5-ci qurultayında idarə heyətinə nümayəndə seçilib. 2008-ci ildən AAB-nin İdarə heyətinin üzvü və Gəncəbasar aşıqlar bölməsinin rəhbəri idi. Bir çox tanınmış aşıqlar məhz onun yetirmələridir.
Mayis Gəncəli aşıq yaradıcılığı ilə yanaşı, divan ədəbiyyatının da bilicisi sayılırdı. Sovet dövründə ittifaq miqyasında 1974, 1979, 1983-cü illərdə keçirilən festivallarda birinci yerə layiq görülmüş, diplom və mükafatlar almışdı. Onun repertuarında “Xəstə Qasım”, “Qurbani”, “Abbas və Gülgəz”, “Tahir və Zöhrə”, “Valeh və Zərnigar”, “Koroğlu” dastanları mühüm yer tuturdu.
Aşıq Mayis, həmçinin ərəb və fars dillərini sərbəst bilirdi, Quran hafizi kimi məşhur idi.
Mayis Gəncəli Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
O, 2020-ci ilin iyun ayında 73 yaşında vəfat edib.
Mənbələr: