4 oktyabr 2020-ci ildə, İkinci Qarabağ müharibəsi zamanı, səhər saat 10:00 radələrində Gəncə şəhəri Ermənistan silahlı qüvvələrinin raket atəşinə məruz qalıb.
Ermənilərin atdığı raketlər şəhərin mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya və fərdi yaşayış evlərinə düşüb.
Gəncənin terroru nəticəsində 1 mülki şəxs – Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri, mülki infrastruktur və qədim tarixi tikililərə də ziyan dəyib.
Ermənistanın bu raket hücumu müharibənin olduğu Qarabağ bölgəsindən kənarda edilən ilk ciddi hücum idi.
Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Bu terrorlar nəticəsində 26 nəfər həlak olub, 170-dən çox nəfər yaralanıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Mənbələr: