22.5 C
Gence
22.5 C
Gence

Ermənilərin oğurladığı “Çırpınırdı Qara dəniz” mahnısının tarixi

“Çırpınırdı Qara dəniz” mahnısının sözləri şair Əhməd Cavada, musiqisi isə bəstəkar Üzeyir Hacıbəyova aiddir. Əhməd Cavad bu şeiri 14 dekabr 1914-cü ildə Gəncədə yazıb.

“Çırpınırdı Qara dəniz” şeirinin yaranması Türkiyənin Birinci Dünya müharibəsində iştirakı ilə bağlıdır. Müharibə illərində (1914-1918) dəniz qüvvələri polkovniki Rauf Orbay “Hamidiyə” hərbi gəmisi ilə Qara dənizdə rus hərbi bazasına hücum edir. Rusların “Kazbek” adlı hərb gəmisi batırılır, “Kaluqa” adlı gəmisi isə yararsız hala düşür. Əsgərlərin şücaətinə heyran qalan Əhməd Cavad Gəncədə bu şeiri yazır.

1918-ci ildə Üzeyir Hacıbəyov şeirə musiqi bəstələyir və Azərbaycana köməyə gəlmiş Qafqaz İslam Ordusuna həsr edir. Həmçinin “Çırpınırdı Qara dəniz” şeiri 1919-cu ildə Əhməd Cavadın ikinci şeir kitabı “Dalğa”da dərc olunur.

1926-cı ildə Qarsda Mustafa Kamal Atatürk bu mahnını eşidir və sözlərindən təsirlənərək, ifaçılara təşəkkür edir.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Sovet hakimiyyəti pantürkçülük bəhanəsi ilə mahnının səslənməsinə qadağa qoyur. Mahnı 70 ildən çox Azərbaycanda səslənmir.

Ermənilər bundan istifadə edir və “Çırpınırdı Qara dəniz” mahnısının sözlərini dəyişib, erməni şairi Sayat Novaya məxsus olduğunu deyirlər. Erməni müğənniləri bu mahnını konsertlərdə “Kamança” adı ilə oxuyurdular. Bu mahnı Ermənistanda başqa müəlliflərin adı ilə səsləndirilir və ermənilər onun Daşnaksütyun Partiyasının himni olduğunu söyləyirlər.

Hal-hazırda bu mahnı Azərbaycanda Şəmistan Əlizamanlı və Azərinin ifasında daha məşhurdur.

Mənbələr:

  1. https://www.moderator.az/news/342163.html
  2. https://www.youtube.com/watch?v=5gsRS6O2TwQ&t=4s
  3. https://web.archive.org/web/20111015152556/http://plagiarism-az.com/articles/52/1/%C2%AB%C3%87%C4%B1rp%C4%B1n%C4%B1rd%C4%B1-Qara-d%C9%99niz%C2%BB…-

Ən Çox Oxunan