16.9 C
Gence
12.5 C
Ganja

Erməni-müsəlman davasının Gəncə əhvalatı

4 aprel 1906-cı il. Gəncənin müsəlman əhalisi yığışaraq qubernatorun yanına gəlir.

Artıq bahar fəsli gəlmişdi və gəncəlilər bağlarını əkib-becərməli idilər. Onlara məxsus bağlar isə şəhərin, əsasən, ermənilər yaşadığı ərazisində yerləşirdi. Ermənilər isə müsəlmanlara bu bağlarda əkib-becərməyə mane olurdular və Gəncə əhli bundan şikayətlənirdi. Onlar bu bağları əkib-becərməyəcəkləri təqdirdə dolanacaqlarının olmayacağını bildirirlər. Dəfələrlə müsəlmanlar qubernatordan bu məsələni özləri həll etmək üçün razılıq istəsələr də, müsbət cavab ala bilmirdilər.

Bu dəfə qubernator onun yanına gəlmiş Gəncə əhlinə bir neçə silahlı kazak verib, bağlara yola salır. Onlar bağlara çatan kimi ermənilər kazakları və müsəlmanları atəşə tuturlar. Kazaklar da bir neçə dəfə güllə atdıqdan sonra yenidən hamı qubernatorun yanına qayıdır. Əhvalatı qubernatora söylədikdən sonra müsəlmanlar ondan ermənilərin öhdəsindən özlərinin gələcəyini söyləyir və istədiklərinə nail olacaqlarını bildirirlər.

Bu zaman xəbər gətirirlər ki, ermənilər müsəlmanların bir sürü qoyununu çobanların əllərindən alıb aparıblar. Qubernator bu xəbərdən daha çox qəzəblənir və onun əmri ilə kazaklar erməni məhəlləsinə topdan bir neçə dəfə atəş açırlar.

Mənbələr:

  1. Mir Möhsün Nəvvab. 1905-1906-cı illərdə erməni-müsəlman davası. Bakı-1993.
  2. Gəncə şəhərinin tarixi. Bakı-2004.

Ən Çox Oxunan