20.6 C
Gence
20.6 C
Gence

Cavad xana edilən erməni xəyanəti

Gəncədə az sayda insanın bildiyi xalq ədəbiyyatından bir hekayə var. Bu hekayənin nə rəsmi mənbəsi, nədəki sübutu var. Yeganə mənbə yerli əhalinin yaddaşında qalan, əcdadlarının onlara danışdığı hekayədir.

Bir gün Cavad xan Şuşadan Gəncəyə qayıdırmış. Yolda bir çay kənarında dayanıb, günorta namazını qılır, sonra isə oturub istirahət edir. Birdən bir uşağın başqa uşaqlar tərəfindən döyüldüyünü görub onlara yaxınlaşır. Bu uşağı niyə döydüklərini soruşur. Uşaqlar onun kənddə oğurluq etdiyi üçün döydüklərini deyirlər. Cavad xanın uşağa yazığı gəlir və onu özü ilə Gəncəyə aparır. Bu uşaq Aşot adlı bir erməni idi. O, xanın sarayında yaşayır, onun xidmətçisinə çevrilir.

Gəncə bazarına erməni tacirləri gələndə, Aşot onlar ilə dostlaşır. Tacirlər Aşotdan xahiş edirlər ki, onların Gəncədə məskunlaşmasına kömək etsin. Aşot Cavad xandan ermənilərin Gəncədə yaşaması üçün icazə istəyir. Cavad xan onun arzusunu yerinə yetirir. Erməni tacirləri Gəncənin gözəl yerlərində ev və kilsə tikdirib, yaşamağa başlayırlar. Daha sonra Gəncəyə bir çox erməni ailələri köçməyə başlayır.

1803-cü ilin dekabrında rus qoşunları Gəncəni zəbt etmək üçün şəhərə yaxınlaşırlar.  Rus generalı Sisianov məktub yazaraq, Cavad xana şəhəri ruslara təslim etməsini təklif edir. Cavad xan isə rədd cavabı verərək, sona qədər vuruşacaqlarını bildirir.

Cavad xana məktub gətirən elçinin sözlərini Aşot da eşidir. O, qorxu içində Gəncədə yaşayan varlı erməni tacirinin yanına gedir və vəziyyəti ona danışır. Tacir Gəncədə yaşayan bütün ermənilər ilə yığışıb, vəziyyəti müzakirə edir. Onlar var-dövlətini itirməkdən çox qorxurduqları üçün, qizlicə Sisianovun yanına adam göndərib, ondan aman istəyirlər.

Sisianovun əsgərləri Gəncəyə hücum edəndə, onlara şəhər qapılarını ermənilər açdılar. Bu vaxta qədər şəhəri ala bilməyən ruslar asanlıqla şəhərə daxil oldular. Cavad xan başda olmaqla, gəncəlilər əllərinə silah alıb, ruslarla vuruşanda, gözlərinə inanmadılar. Şəhərə atəş açan rus əsgərlərinin içində ermənilər də var idi. Aşotun açdığı qəfil güllə Cavad xanın ürəyinə tuş gəlir. Cavad xan “Ay namərd erməni” deyərək yerə yıxılır. Rus general Lisaneviç ikinci gülləni xanın başından vuraraq, Cavad xanı öldürür. Xanın oğlu namərd ermənini qılıncla vurub yerə sərir. Rus əsgərlərinin acdığı atəş isə onu da öldürür. Nəticədə Gəncə xanlığı düşmənin əlinə keçir.

 

Mənbə: Şifahi xalq ədəbiyyatından

Ən Çox Oxunan