14.1 C
Gence
11.5 C
Ganja

Bu gün Qarakənd faciəsinin 32-ci ildönümüdür

Bu gün Qarakənd faciəsindən 32 il ötür. 1991-ci il noyabrın 20-də Xocavəndin Qarakənd kəndinin yaxınlığında dövlət xadimlərinin olduğu “Mi-8” hərbi helikopter ermənilər tərəfindən vurulub.

Sərnişinlərinin sayı 22 nəfər idi və hamısı qəza nəticəsində həlak olub. Onların sırasında Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, Dövlət katibi Tofiq İsmayılov və başqaları olub.

Faciədən 2 ay sonra – 28 yanvar 1992-ci ildə Şuşa şəhəri yaxınlığında oxşar hadisə yenidən yaşandı, bu dəfə ermənilər “Ağdam-Şuşa” marşrutu ilə uçan “Mİ-8” mülki vertolyotunu vurdular. Nəticədə salonda olan və əksəriyyəti qadın və uşaqlardan ibarət 44 nəfər həlak oldu.

Ən Çox Oxunan