8.6 C
Gence
8.6 C
Gence

Bu gün Qanlı Yanvar hadisələrindən 33 il ötür

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli qətliam törədib. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ-nin qoşunları Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhalini ağır texnikadan və müxtəlif silahlardan atəşə tutub.

Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarda 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və polis işçiləri olub.

Bu hadisələr dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

Qanlı Yanvar hadisələrində şəhid olanlar arasında Gəncədə doğulub boya-başa çatan Valeri Zakir oğlu Boqdanov olub. Onun məzarı hazırda Gəncənin Şəhidlər xiyabanında yerləşir.

Ən Çox Oxunan