16.4 C
Gence
16.4 C
Gence

Bu gün Nigar Rəfibəylinin doğum günüdür

Nigar Rəfibəyli 23 iyun 1913-cü ildə Gəncədə anadan olub. Onun atası Xudadat bəy Rəfibəyli Azərbaycanın ilk ali təhsilli cərrah həkimlərindən biri və ilk səhiyyə naziri olub.

Nigar əmək fəaliyyətinə müəllimlik etməklə başlayıb, bundan başqa isə bədii yaradıcılıqla məşğul olub. Onun qələmə aldığı ilk şeirləri də bu vaxtlar dövri mətbuatda çap olunub.

1940-cı ildən ömrünün sonunadək yaradıcılıqla məşğul olub. Nigar Rəfibəyli Nəvai, Şiller, Puşkin, Lermontov, Çexov, Şevçenko, Voyniç və başqalarının əsərlərini tərcümə edib.

Nigar Rəfibəyli xidmətlərinə görə “Əməkdar mədəniyyət işçisi” və “Xalq şairi” fəxri adlarına layiq görülüb. Həmçinin şairə “Şərəf nişanı” ordeni və medallarla təltif olunub.

Rəfibəyli 9 iyul 1981-ci ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

Ən Çox Oxunan