16.9 C
Gence
16.9 C
Gence

Bu gün müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 27 il keçir

Müstəqil Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 12 noyabr 1995-ci ildə qəbul edilib.

Azərbaycanın ümumilikdə 5 Konstitusiyası qəbul olunub. Onların dördü SSRİ dövrünə təsadüf edir. Azərbaycan SSR Konstitusiyası 1921, 1927, 1937 və 1978-ci illərdə SSRİ Konstitusiyasına uyğunlaşdırılaraq qəbul olunub.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsinə çıxarılıb. Həmin referendumda iştirak edənlərin 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verib.

1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasına 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə əlavə və dəyişikliklər edilib.

Ən Çox Oxunan