12.5 C
Gence
10.5 C
Ganja

Bu gün İkinci Qarabağ müharibəsinə son qoyan üçtərəfli Bəyanatın imzalandığı gündür

10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanata əsasən, Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunmuşdur. Həmin Bəyanat Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanmışdır.

Üçtərəfli Bəyanatın imzalanması ilə Ermənistanın hərbi kapitulyasiyası, uzun illər davam edən işğala son qoyulması həyata keçirilmiş, münaqişənin hərbi mərhələsi başa çatmışdır. Bəyanata görə, Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən Azərbaycana qaytarıldı. Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirildi.

Zəfər Günü hər il noyabrın 10-da, üçtərəfli Bəyanatın imzalandığı gündə keçirilməli idi. Lakin noyabrın 10-u Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğundan Prezident İlham Əliyev Zəfər Gününün noyabrın 8-də qeyd olunması haqqında qərar qəbul etmişdir.

Ən Çox Oxunan