22.5 C
Gence
22.5 C
Gence

Bu gün Heydər Əliyevin 100 illiyi qeyd edilir

Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvanda anadan olub. O, Naxçıvan Pedaqoji Texnikumunda təhsil alıb, daha sonra indiki Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Əliyev SSRİ dövründə bir sıra yüksək vəzifələr tutub, 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik edib. 1993-cü ildə müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqının tələbi ilə o zamankı ölkə rəhbərliyi tərəfindən rəsmən Bakıya dəvət edilib və 3 oktyabrda ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilib. Heydər Əliyev 11 oktyabr 1998-ci ildə ikinci dəfə Respublikanın Prezidenti seçilib. 12 dekabr 2003-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib.

1969-cu ildə respublikaya rəhbərliyə gələn ulu öndər daim Gəncəyə xüsusi diqqət yetirib. O zamanlar Heydər Əliyevin Gəncəyə 4 səfəri baş tutub. Nəticədə 1970-1980-ci illərdə şəhərdə bir çox zavod və fabriklərin fəaliyyəti genişləndirilib, yeni sənaye müəssisələri açılıb. Çini qablar zavodunun, qənnadı fabrikinin, taxıl məhsulları, xalça, ət və süd kombinatlarının, əlvan metalların emalı zavodunun inşası bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Bundan əlavə, həmin dövrdə Gəncədə “Gəncə” mehmanxanası, təyyarə limanı, Yeni Gəncə və Gülüstan yaşayış sahələri, avtomobilçilər qəsəbəsi salınıb.

Bu dövrdən, həmçinin şəhərdə Texnologiya Universiteti açıldı, Azərbaycan Kənd Təsərrüfatı İnstitutu üçün (indiki Dövlət Aqrar Universiteti) təhsil-tələbə şəhərciyinin əsası qoyuldu. 300 hektar sahəni əhatə edən Xatirə parkı açıldı.

Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu 1993-2003-cü illərdə də Gəncəyə bir neçə işgüzar səfəri olub.

Mənbələr:

  1. http://www.anl.az/down/meqale/azerbaycan/azerbaycan_iyul2009/86107.htm
  2. http://azrnews.az/gence/876-heydr-liyev-v-gnc.html
  3. https://president.az/az/pages/view/azerbaijan/leader

Ən Çox Oxunan