24.7 C
Gence
24.7 C
Gence

Bir il əvvəl Gəncə raket atəşinə məruz qalmışdır

4 oktyabr 2020-ci ildə, Vətən müharibəsi zamanı, səhər saat 10:00 radələrində Gəncə şəhəri erməni qüvvələri tərəfindən raket atəşinə tutulmuşdur.

Azərbaycan Respublikasının Baş prokurorluğunun məlumatına əsasən, 4 oktyabr Gəncəyə 7 raket atılmışdır. Onlardan sadəcə ikisi partlayaraq, mülki əhaliyə zərər yetirmişdir.

Raketlərdən biri Əziz Əliyev küçəsinə, digəri isə Əli Nəzmi küçəsinə düşmüşdür. Nəticədə mülki sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evləri dağılmışdır.

Raket atəşi nəticəsində 1999-cu il təvəllüdlü Əliyev Tunar Qoşqar oğlu həlak olmuşdur, 32 nəfər isə yaralanmışdır. Xəsarət alan 32 nəfərdən 19-u qadın, 5-i isə uşaq idi.

Foto Gencexeber.az (Əziz Əliyev küçəsi)
Foto Gencexeber.az (Əziz Əliyev küçəsi)
Foto Gencexeber.az (Əziz Əliyev küçəsi)
Foto Gencexeber.az (Əziz Əliyev küçəsi)
Foto Gencexeber.az (Əziz Əliyev küçəsi)
Foto Gencexeber.az (Əziz Əliyev küçəsi)
Foto Gencexeber.az (Əziz Əliyev küçəsi)
Foto Gencexeber.az (Əziz Əliyev küçəsi)
Foto Gencexeber.az (Əli Nəzmi küçəsi)
Foto Gencexeber.az (Əli Nəzmi küçəsi)
Foto Gencexeber.az (Əli Nəzmi küçəsi)
Foto Gencexeber.az (Əli Nəzmi küçəsi)
Foto Gencexeber.az (Əli Nəzmi küçəsi)
Foto Gencexeber.az (Əli Nəzmi küçəsi)
Foto Gencexeber.az (Əli Nəzmi küçəsi)
Foto Gencexeber.az (Əli Nəzmi küçəsi)

Ən Çox Oxunan