11 oktyabr 2020-ci ildə, İkinci Qarabağ müharibəsi zamanı, gecə saat 02:00 radələrində Gəncə şəhəri, Ermənistan ordusu tərəfindən yenidən atəşə tutulmuşdur.
Erməni silahlı qüvvələri Gəncənin mərkəzi hissəsinə, “Qələbə parkı”nın ətrafına, Ələkbər bəy Rəfibəyli küçəsində yerləşən çoxmənzilli yaşayış binalarına “Skad-B” raketlərini atmışdır. Nəticədə 10-dan artıq çoxmənzilli binaya, 100-dən çox müxtəlif obyektlərə ziyan dəymişdir.
Bu terror nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olmuşdur. Ümumi 6-sı uşaq, 16-sı qadın olmaqla 33 nəfər yaralanmışdır.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun məlumatına əsasən, Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb.









