22.5 C
Gence
22.5 C
Gence

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Gəncə qalasının bir hissəsi, Gəncə şəhərinin mərkəzində Xan bağında yerləşir. Bu qala XVI-cı əsrdə Osmanlı-Səfəvi müharibələri zamanı tikilmişdir.

1587-ci ildə Gəncə Osmanlı imperiyası tərəfindən tutulmuşdur. Bundan sonra osmanlı komandiri Fərhad Paşanın əmri ilə səfəvilərdən müdafiə üçün Gəncə qalası inşa edilmişdir.

6 iyul 1606-cı ildə I Şah Abbas Gəncəni Səfəvi dövlətinin tərkibinə geri qaytarmışdır və şəhərin mərkəzini yeni Gəncə qalasına köçürmüşdür.

XVIII əsrin sonlarında qala, bu dönəmdə yaranmış Gəncə Xanlığının mərkəzinə çevrilmişdir.

3 yanvar 1804-cü ildə rus generalı Sisianovun ordusu Gəncə xanlığını işğal etmişdir. Sisianova görə “Gəncə qalasının yerli mövqeyi bütün Azərbaycan üzərində hökmran” idi. Məhz buna görə də bu istila Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malik idi. Bu qala rus generalı Nikolay Dubrovinin fikrincə bütün Azərbaycanda ən yaxşı hesab edilirdi.

Gəncə qalasına dair ümümi məlumat rus qoşunlarının yürüşü zamanı yaradılmış üç plana əsasən mövcüddur. Rus generalı V.A.Zubovun “Gəncə qalası 24 fevral 1797-ci il” ilk planı 1796-1797-ci illərdə generalın korpusu tərəfindən yaradılmışdır. Daha sonra ikinci və üçüncü “Gəncə qalası” planları yaradılmışdır və onlar da ilk planla oxşar idilər.

Plana əsasən Qala düzənsiz altıbucaqlı forma daşıyırdı və küncləri döyüş qüllələri ilə tamamlanırdı. Şərq və qərb divarlarında iki qapı var idi. Gəncə qalasının iki sıra divarı var idi. Qalanın mərkəzi hissəsində xanın iqamətgahı yerləşdirdi. Qalanın daxilində həmçinin fəvvarələr olan həyətlər və onları əhatə edən kiçik binalar var idi.

Qalanın xaricində geniş bağlar var idi. Bu bağlardan biri dövrümüzə çatmış və qədimdə yalnız xan ailəsi və onların qonaqlarının dincəldiyi “Xan bağı”dır. Planda qeyd olunan üç yol qalaya aparırdı “Şuşaya gedən yol”, “İrəvana gedən yol” və “Kür çayına və Tiflisə gedən yol.”

Bu planda əsas diqqət çəkən, böyük ərazini tutan “Xan heyvanxanası”dır. Xan heyvanxanasında vəhşi heyvanlar saxlanılırdı və xan ailəsi üzvlərinin burada ovla məşğul olduqları ehtimal olunur.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Açıq mənbələrdən foto
Açıq mənbələrdən foto

Mənbələr:

  1. М. М. Альтман – Исторический очерк города Гянджи, 1949
  2. Л. Бретаницкий, А. Саламзаде (1960) – Кировабад
  3. А. Саламзаде – Архитектура Азербайджана XVI-XIX вв.
  4. Шамиль Фатуллаев-Фигаров – Градостроительство и архитектура Азербайджана XIX- начала XX века
  5. Дубровин Н. Ф. Закавказье от 1803-1806 года : [историческое исследование]. – СПб., 1866

Ən Çox Oxunan