22.5 C
Gence
22.5 C
Gence

Azərbaycanın ilk səhiyyə-sağlamlıq cəmiyyəti

Azərbaycanda ilk səhiyyə-sağlamlıq cəmiyyəti 1914-cü ildə Gəncədə yaradılıb. Gəncə Tibb Cəmiyyəti gəncəli ictimai-siyası xadimlər və tibb fakültələrinin məzunları olan Xudadat bəy Rəfibəyli və Həsən bəy Ağayev tərəfindən yaradılıb. Şəhərin adı 1804-cü ildən çar Rusiyası tərəfindən dəyişdirildiyindən cəmiyyət Yelisavetpol Tibb Cəmiyyəti adlanırdı.

Cəmiyyətin sədri Xudadat bəy Rəfibəyli, katibi isə Həsən bəy Ağayev olub. Həmçinin Musa bəy Rəfiyev də cəmiyyətin fəal üzvlərindən biri idi.

Gəncə Tibb Cəmiyyətinin ilk və əsas vəzifəsi səhiyyəni xalqa yaxınlaşdırmaq, yoluxucu xəstəliklərin qarşısını almağa nail olmaq, daha çox yoxsul və imkansızlara yardım etmək idi. Həmin dövrdə tibbi xidmətlər çox baha olduğundan o dövrdə pulsuz tibbi xidmətin göstərilməsi mühüm hadisə hesab edilirdi.

Birinci Dünya müharibəsi illərində (1914-1918) cəmiyyət yaralı əsgərlərə tibbi yardım göstərib. Cəmiyyətin fəaliyyəti sayəsində yüzlərlə insanın həyatı xilas edilib.

Mənbələr:

  1. Кавказский календарь на 1916 год. 1915.
  2. Azərbaycan Demokratik Respublikası: Azərbaycan hökuməti (1918-1920). Bakı-1990.
  3. Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı-2004.
  4. Ниямеддин Гаджиев. Гянджа в начале ХХ века. Москва-2012.
  5. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından olan dövlət xadimləri. Gəncə-2018.

Ən Çox Oxunan