24.7 C
Gence
24.7 C
Gence

Azərbaycanın ilk qadın şairəsinin dünyası: Məhsəti Gəncəvi Mərkəzi

Məhsəti Gəncəvi Mərkəzi Gəncədə, Gəncəçayının sol sahilində, Əttarlar küçəsində yerləşir. Bu bina 16 yanvar 2013-cü ildə inşa edilib və 21 yanvar 2014-cü ildə açılışı baş tutub.

Mərkəz 3 mərtəbədən, 1 zirzəmidən ibarətdir. Birinci mərtəbədə Məhsəti muzeyi, elektron kitabxana və oxu zalı yerləşir.

İkinci mərtəbə Məhsəti otağından ibarətdir. Bu otaqda şairənin azərbaycan və ingilis dilində rübailəri var. Bu mərtəbədə, həmçinin Məhsəti dövrünü (XI-XII əsr) əks etdirən “Milli geyimlər” sərgisi, şahmat fiqurları, şairənin nəşr olunmuş kitabları, rəsm qalereyası, şairənin büstü mövcuddur. Üçuncü mərtəbədə Gəncə şəhər Mədəniyyət və Turizm idarəsi, musiqi studiyası, muğam şöbəsi və iclas zalı yerləşir.

Mərkəzdə şairənin portretləri olan xalçalar var. Burada, həmçinin Məhsəti Gəncəvinin 900 illik yubileyi ilə bağlı, Fransanın Reyms və Miluz şəhərlərində keçirilən yubiley tədbirlərindən foto görüntülər nümayiş etdirilir.

Məhsəti Gəncəvi Mərkəzinin qarşısında şairənin heykəli ucaldılıb və onun adını daşıyan bağ salınıb.

Məhsəti Gəncəvi 1089-cu ildə Gəncədə anadan olub. O, Azərbaycanın ilk qadın şairəsi, şahmatçı və musiqiçisi hesab edilir.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Mənbələr:

  1. https://mehseti-library.ucoz.ru/
  2. https://kataloq.gomap.az/az/all-poi/culture/museum/908d37a41bd644beb1b6bf860a12f506
  3. https://heydar-aliyev-foundation.org/az/content/view/136/3379/G%C9%99nc%C9%99d%C9%99-M%C9%99hs%C9%99ti-G%C9%99nc%C9%99vi-M%C9%99rk%C9%99zi
  4. ttp://ganja.mctgov.az/az/view/360/63/Gence-seher-Mehseti-Gencevi-Merkezi
  5. http://www.azerbaijan-news.az/posts/detail/mehseti-gencevi-merkezinde-maraqli-tedbirler-kecirilir-132033
  6. https://www.azerbaijans.com/content_1175_az.html
  7. https://medeniyyet.az/page/news/546/Mehseti-omrunun-gercekleri.html

Ən Çox Oxunan