26.4 C
Gence
26.4 C
Gence

Azərbaycan ədəbiyyatının ilk şairəsi: Məhsəti Gəncəvi

Məhsəti Gəncəvi 1089-cu ildə Gəncədə anadan olub. O, Azərbaycanın ilk qadın şairəsi, şahmatçı və musiqiçisi hesab edilir.

2013-cü ildə UNESCO Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edib. 7 oktyabr 2016-cı ildə şairənin Fransanın Konyak şəhərində abidəsi ucaldılıb. 8 oktyabrdan Məhsəti Gəncəviyə Fransanın bir çox şəhərində tədbirlər təşkil edilib.

Şairənin həyatı barədə məlumatlar, əsasən, əlyazmalardan, Bakıda, İstanbulda və Londonda saxlanılan XIII əsrə aid edilən “Məhsəti və Əmir Əhməd” dastanından götürülüb.

Məhsəti, Gəncənin Xarabat məhəlləsində yaşayıb və ilk təhsilini Gəncədə alıb, bir çox elm və incəsənət biliklərini inkşaf etdirib.

Əsl adı Mənicə, Məhsəti isə təxəllüsü olub. Təxəllüsün mənşəyi ilə bağlı bir rəvayət var.  Bir gün Səlcuq Sultan Səncər onu saraya dəvət edir. Şairə sultana sarayda hamıdan kiçik və görünməz olduğunu söyləyir. Sultan onunla razılaşmır və farsca deyir: “To meh-həsti” ( “sən hamıdan böyüksən”). Beləliklə, “meh-həsti” “məhsəti”yə çevrilib, şairənin təxəllüsü olub. Məhsəti Gəncəvi Sultan Səncərin sarayında yaşayan müddət, orada keçirilən saray və ədəbi məclislərdə iştirak edib.

O, sonra Gəncəyə qayıdıb və həyatının qalan hissəsini burada keçirib. Məhsəti Gəncəvi XII əsrin ortalarında Gəncədə vəfat edib.

Şairənin rübailərinin əsas mövzuları sevgi, məhəbbət, qadın hüquqsuzluğuna qarşı mübarizə, zamanədəki haqqsızlıqlardan şikayətdir.

1957-ci ildə ilk dəfə Məhsəti Gəncəvinin 200-dən çox şeirdən ibarət divanı yaradılmışdır. Alman alimi Frits Meyer 1963-cü ildə “Gözəl Məhsəti” monoqrafiyasını yazmış və 257 rübai, 30-a yaxın şeir parçasını burada toplamışdır. Məhsəti Gəncəvinin rübailəri azərbaycan, ingilis, italyan, alman və fransız dillərinə tərcümə edilmişdir. 1980-ci ildə onun Gəncədə heykəli ucaldılmışdır. 2014-cü ildə Gəncədə “Məhsəti Gəncəvi Mərkəzi” açılmışdır.

 

Mənbələr:

  1. Rafael Hüseynov. Məhsəti – necə varsa. Bakı-1989.
  2. Humanizmi, nikbinliyi ilə seçilən şairə. Bakı-2018.
  3. https://www.ens.az/az/mehseti-gencevi
  4. https://www.trend.az/azerbaijan/society/2670128.html
  5. https://www.youtube.com/watch?v=d_Wrv5cybvQ

https://kayzen.az/blog/shabnam_101/9266/m%C9%99hs%C9%99ti-g%C9%99nc%C9%99vi-%C9%99satir-yoxsa-h%C9%99qiq%C9%99t.html

Ən Çox Oxunan