21.4 C
Gence
21.4 C
Gence

“Şairlərin şahı”: Əbü-lüla Gəncəvi

Şair və ustad Əbü-lüla Gəncəvi 1096-cı ildə Gəncədə anadan olub.

O, ilk təhsilini aldıqdan sonra, Şamaxıya köçüb. Şairin əsərləri göstərir ki, Əbü-lüla poeziya, fəlsəfə, astronomiya və tibb elmləri sahələrində biliklərə sahib olub. Bu səbəbdən o, Şirvanşahlar dövlətinə xidmətə götürülüb.

Şirvanşahlar sarayında şair “melik ush-shuara” – “şairlərin şahı” şöhrətini qazanıb. Həmin dövrün digər tanınmış şəxsiyyətləri Əbü-lüla Gəncəviyə “ustadı-shuara” – “şairlərin ustadı” deyiblər. Şair Şirvan poeziya məktəbinin əsasını qoyub. XII əsrdə Şirvanşahlar sarayında şairlər məclisinə Əbü-lüla Gəncəvi başçılıq edib.

Əbü-lüla Gəncəvi, Xaqani və Fələki Şirvani kimi şairlərin müəllimi olub. Şair Xaqaniyə təlim və tərbiyə verib. Rəvayətə görə, Əbü-lüla qızını Fələkiyə vermək istəyib, lakin Xaqani sarayda şöhrət qazanandan sonra, qızını onunla evləndirib. Şair, pərişan olmuş, Fələkiyə təsəlli olmaq üçün, ona 20 min dirhəm pul verib, əlavə edib: “Oğlum, sən bu pula hər biri mənim qızımdan daha gözəl əlli Türküstan kənizi (qul qız) ala bilərsən”.

XII əsrin 50-60-cı illәrindә düşmәnlәri şairi şahın gözündən salmağa çalışıblar. Bu vaxt Xaqani ilә də arasında ziddiyyәt yaranıb. Bundan sonra Əbü-lüla Gəncəvi Gəncəyə qayıdıb və 1160-cı (bəzi mənbələrdə 1159-cu) ildə orada vəfat edib.

Əldә olan azsaylı əsərləri vә “Qә sәmnamә” (“Andnamә”) qәsidәsi şairin yaradıcılığını nümayiş edir. Bu şeirlәr şairin qorxmazlıq, doğruçuluq vә yurdsevәrliyini, zülmә qarşı çıxmaq cәsarәtini әks etdirir. Əbü-lüla Gəncəvi Azərbaycan әdәbiyyatında ictimai-fәlsәfi şeirin ilk nümunәlәrini yaradıb.

Əbü-lüla Gəncəvinin Hacıkənd qəsəbəsində, Sələflər-xələflər parkında abidəsi ucaldılıb. Həmçinin Gəncədə küçələrin birinə şairin adı verilib.

 

Mənbələr:

  1. Азада Рустамова, Бекир Набиев, Яшар Караев. Азербайджанская литература краткий очерк. Баку-2005.
  2. Firüdin bəy Koçərli. Azərbaycan ədəbbiyatı. Bakı-2005.
  3. Səmədov Abbas, Əliyev Əli. Maarifpərvər Gəncə müəllimlərinin ədəbi-pedoqoji fəaliyyəti (1830-1920). Gəncə-1999.
  4. https://www.ens.az/az/ebul-ula-gencevi
  5. http://ensiklopediya.gov.az/az/terms/16959/cild/20
  6. https://www.yenigence.com/sairl%C9%99r-sahi-kimi-mot%C9%99b%C9%99r-ad-qazanmis-%C9%99bul-ula-g%C9%99nc%C9%99vi/

 

Ən Çox Oxunan