Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 12 noyabr 1995-ci il tarixli referendumda qəbul olunmuşdur. Konstitusiya həmin il noyabrın 27-də qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir.
6 fevral 1996-cı ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 12 Noyabr – Konstitusiya Günü təsis edilib.
2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.