18.6 C
Gence
18.6 C
Gence

“Əziz Gəncəm” adlı fotosərgi müsabiqəsi baş tutacaq

Gəncədə növbəti müsabiqə keçiriləcək. Bu haqda 8 may tarixində Gənclər Evinə istinadən məlumat veririk.

“Əziz Gəncəm” adlı fotosərgi müsabiqəsi “ƏLLİ1000” proqramı çərçivəsində Gənclər Evinin və Azərbaycan Texnologiya Universiteti Tələbə Gənclər Təşkilatının (ATUTGT) birgə təşkilatçılığı ilə baş tutacaq. Müsabiqə 24 may tarixində Azərbaycan Texnologiya Universitetində təşkil olunacaq.

Müsabiqənin şərtləri:

  1. Müsabiqə yalnız Gəncə şəhərində yerləşən mənzərəli yerlərin və ya tarixi abidələrin şəklini çəkmək üçün nəzərdə tutulub;
  2. Şəkillər müsabiqə təşkilatçısının təqdim etdiyi WhatsApp nömrəsinə (050 965 35 12) göndərilməlidir;
  3. Şəkillər müsabiqə təşkilatçısının təyin etdiyi müddət ərzində göndərilməlidir (7-20 may).

Texnologiya Universitetində təşkil olunacaq sərgidə müsabiqənin qalib şəkli münsiflər heyəti tərəfindən seçiləcək. Qalibə dəyərli hədiyyələr və diplom təqdim olunacaq.

Son müraciət tarixi 20 maydır.

Ən Çox Oxunan