Gəncədə üzgüçülük yarışının final mərhələsi keçirilib. Bu haqda 1 may tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Üzgüçülük yarışı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə baş tutub. Burada V-VI sinif şagirdləri iştirak ediblər. Olimpiya İdman Kompleksində keçirilən yarışın məqsədi uşaqlara üzməyi öyrətməklə onların sağlamlığını təmin etmək, eləcə də bu idman növünün təbliği və inkişafına nail olmaqdır.
Yarışın final mərhələsində müvafiq yerlərə layiq görülmüş şagirdlər təşəkkürnamə ilə təltif olunublar.