25.6 C
Gence
20.5 C
Ganja

Özünü qazi kimi təqdim edən şəxsin polis idarəsində incidilməsi ilə bağlı açıqlama verilib

Sosial şəbəkələrdə qazinin Gəncədə polis idarəsində incidilməsi ilə bağlı yayılan iddialara Daxili İşlər Nazirliyi açıqlama verib. Bu haqda 11 iyul tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.

İddialarda Vətən müharibəsi iştirakçısı olduğu deyilən Taleh Bayramovun avtomobilinin əsassız şəkildə cərimə meydançasına aparıldığı bildirilib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov həmin şəxsin “VAZ” markalı avtomobilinə konstruksiya dəyişikliyi etdiyinə görə saxlanıldığını deyib.

“Sürücü barəsində protokol tərtib olunub, avtomobildə olan konstruksiya dəyişikliyi aradan qaldırıldıqdan sonra sərbəst buraxılıb. Lakin vətəndaş bir daha spirtli içkinin təsiri altında Yol Polisi Şöbəsinin inzibati binasının həyətinə daxil olaraq barəsində görülən tədbirə görə özünə müxtəlif bədən xəsarətləri yetirməyə çalışıb. Yüksək səslə nalayiq ifadələr işlədib, edilən xəbərdarlıqlara baxmayaraq, qeyri-adekvat hərəkətlərini davam etdirib. Bu səbəbdən vətəndaş saxlanılıb. Protokollar tərtib edilərək məhkəməyə göndərilib”, – deyə Eşqin Qasımov bildirib.

Araşdırmalar zamanı Taleh Bayramovun Vətən müharibəsi iştirakçısı olmadığı məlum olub.