Gəncədə üz-çənə cərrahı tərəfindən ödənişsiz müayinələr keçiriləcək. Bu haqda 17 fevral tarixində Gəncə Beynəlxalq Xəstəxanasına istinadən məlumat veririk.
Doktor Cavid İxtiyarov 18 fevral tarixində pasiyentləri pulsuz qəbul edəcək. Həkimin fəaliyyət sahələri aşağıdakılardır:
- Ağız və üz-çənə nahiyəsinin şişləri (xoşxassəli şişlər);
- Tüpürcək vəzilərinin xəstəlikləri (xoşxassəli şişlər);
- Miqren, bruksizm və başqa ağrı növlərində botoksla müalicə;
- Alveol yarıqlarının cərrahi müalicəsi;
- Üz skeleti sümüklərinin sınıqları;
- Gicgah-çənə oynağı xəstəlikləri və cərrahiyyəsi;
- Çənələrin kistaları;
- Üz-çənə estetik plastik cərrahiyyəsi;
- Facelift (üz gərmə);
- Blefaroplastika (göz qapağının sallanması);
- Bişektomiya;
- Bulhorn;
- Ortoqnatik cərrahiyyə (çənə deformasiyalarının aradan qaldırılması) və s.
Ətraflı məlumat almaq üçün (022) 303; (022) 255 38 38; (022) 255 83 83; (055) 500 71 00 nömrələri ilə əlaqə saxlamaq olar.
Qeyd edək ki, Gəncə Beynəlxalq Xəstəxanası Heydər Əliyev prospekti, 60 ünvanında yerləşir.