Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Sevil Abduləliyeva payız fəslində üzüm bağlarında diqqət yetirilməli məqamları açıqlayıb. Bu haqda Gencexeber.az 30 sentyabr tarixində Azertag.az-a istinadən xəbər verir.
“Budama işlərindən əvvəl yəni, təxminən sentyabr ayının sonu – noyabr ayının əvvəli hər sort və sahə üçün tənəkdə saxlanacaq gözlüklərin miqdarı müəyyən edilməlidir” – Sevil Abduləliyeva açıqlamasında deyib.
Mütəxəssis deyib ki, hərəsi 200-250 ədəddən ibarət olan dəstələrə bağlanan çubuqlar müvəqqəti saxlanma üçün torpağı nəm olan xəndəklərə basdırılmalıdır. Eyni zamanda, xüsusilə sentyabr ayının sonlarına doğru tənəkdə su balansını nizamlamaq üçün mütləq 3 dəfə suvarma aparılmalıdır. Bu, yarpaqlarda fotosintezin güclü getməsini təmin edir.