10.3 C
Gence
10.3 C
Gence

“Zəfərin mübarək, Azərbaycan!” adlı proqramı keçirilib

Gəncədə Zəfər Gününə həsr olunmuş konsert baş tutub. Bu haqda Gencexeber.az-a 9 noyabr tarixində məlumat daxil olub.

“Zəfərin mübarək, Azərbaycan!” adlı proqram İcra Hakimiyyəti tərəfindən təşkil olunub. Burada İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, şəhər sakinləri və qonaqlar iştirak ediblər.

Tədbir Heydər Əliyev Park Kompleksində təşkil olunub. Konsertdə Şahnaz Həşimova, Fidan Hacıyeva, Vüsalə Əlizadə, Azəri qızı Günel, Kəmalə Tağızadə, Çinarə Məlikzadə, Tunar Rəhmanoğlu, Rövşən Məmmədov, İlham Qasımov, Əli Məmmədov və “Göygöl” mahnı və rəqs ansambalı çıxış ediblər.

Sonda atəşfəşanlıq olub.

Ən Çox Oxunan