13.6 C
Gence
13.5 C
Ganja

“Zəfər yarışı” adlı hərbi-idman yarışı keçirilib

Gəncəli şagirdlər yarışda uğur qazanıblar. Bu haqda 3 noyabr tarixində Regional Təhsil İdarəsinə istinadən xəbər veririk.

8 Noyabr – Zəfər Günü ilə əlaqədar “Zəfər yarışı” adlı hərbi-idman yarışı keçirilib. Burada şagirdlərdən ibarət komandalar müxtəlif maneələri təyin olunmuş müddət ərzində keçməli olublar.

Yarışda birinci yerə Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbin komandası layiq görülüb.

Müsabiqədə Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Qocayev, məktəb direktorları, şagirdlər və müəllimlər iştirak ediblər.

Ən Çox Oxunan