9.7 C
Gence
5.5 C
Ganja

“Zəfər Görüşləri” adlı layihənin ilk tədbiri Gəncədə keçirilib

Gəncədə 4 noyabr tarixində gənclərlə görüş keçirilib. Bu haqda Gencexeber.az “Kəpəz” televiziyasına istinadən məlumat verir.

Görüş İslahatçı Gənclər İctimai Birliyi və Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin təşkilatçılığı ilə baş tutub. “Zəfər Görüşləri” adlı layihəyə Gəncə şəhərindən start verilib.

Tədbirdə Azərbaycandan və Türkiyədən olan ekspertlər iştirak ediblər. 44 günlük Vətən Müharibəsində və ondan sonrakı mərhələdə gənclərin rolundan, qarşılarında duran vəzifələrdən danışılıb.

Bildirilib ki, müharibə başa çatsa da gənclər aktivliklərini davam etdirməli, sosial şəbəkələr vasitəsi ilə Azərbaycan həqiqətlərini, eləcə də işğaldan azad olunan ərazilərdəki quruculuq işlərini təbliğ etməlidirlər.

Ən Çox Oxunan