18.6 C
Gence
18.6 C
Gence

“Öz biznesinə başla” mövzusunda iki təlim baş tutub

Gəncədə sahibkarlıqla bağlı növbəti təlim keçirilib. Bu haqda 19 may tarixində Gəncə KOBİM-ə istinadən məlumat veririk.

“Öz biznesinə başla” mövzusunda maarifləndirici təlim təşkil olunub. Bu gün, 19 may tarixində 2 təlim baş tutub. Burada KOBİM-in eksperti tərəfindən bazar şəraiti və mövcud imkanlar, biznes fəaliyyəti üçün atılmalı olan ilkin addımlar haqqında məlumat verilib.

Təlimlərdə 7 nəfər iştirak edib. Görüşdə gənclərin ideyaları üzərindən real misallarla fikir mübadiləsi aparılıb və biznes-ideyanın seçilməsi, bazar araşdırması, satış planı, satışın idarə edilməsi, işçilərin seçimi, tədarük xərcləri, amortizasiya, nağd pul axını, kompleks maya dəyəri, biznesin hüquqi forması və biznes-planın tərtib edilməsi istiqamətində ətraflı məlumat verilib.

Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Ən Çox Oxunan