16.9 C
Gence
16.9 C
Gence

“Öz biznesinə başla” mövzusunda ödənişsiz təlim olacaq

Gəncədə sahibkarlar üçün təlim keçiriləcək. Bu haqda 17 aprel tarixində Gəncə KOB İnkişaf Mərkəzinə istinadən məlumat veririk.

“Öz biznesinə başla” mövzusunda maarifləndirici təlim KOBİM tərəfindən 19 aprel saat 15:00-da təşkil olunacaq. Təlim zamanı təlimçi İlkin Dövlətov aşağıdakı mövzulardan danışacaq:

  • GZİT (SWOT) analizi;
  • Biznesin inkişafında marketinq;
  • Aylıq satış, istehsal və tədarük, gəlir və xərc planlarının əhəmiyyəti;
  • Biznesin hüquqi təşkilatlanması;
  • Bazarın öyrənilməsi və biznes ideyanın reallaşmasındakı əhəmiyyəti;
  • Biznes strategiyaları.

İştirak etmək üçün (050) 801 64 54 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Ən Çox Oxunan