5.8 C
Gence
5.8 C
Gence

Yeniyetmə və gənclər arasında minifutbol yarışı baş tutacaq

Gəncədə minifutbol yarışı təşkil ediləcək. Bu haqda məlumat sentyabrın 2-si Gencexeber.az-a daxil olub.

Sabah “S1 SEHRBAZ” layihəsi çərçivəsində çempionat təşkil ediləcək. Turnir 12-25 yaşlı futbolsevərlər arasında Azfar Mini Futbol Meydançasında keçiriləcək.

Əlavə məlumat üçün (070) 821 19 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Qeyd edək ki, “S1 SEHRBAZ” layihəsi AFFA tərəfindən keçirilən “Kütləvi futbol layihələri” üzrə qrant müsabiqəsində 2-ci yerin qalibi olub.

Layihə AFFA tərəfindən maliyyələşdirilir. İdman tədbiri Gəncə şəhər Gənclər və İdman İdarəsi, “Kəpəz” PFK və “Sporta” tərəfindən təşkil ediləcək. Yarışı Kəpəz televiziyası yayımlayacaq.

Ən Çox Oxunan