13.6 C
Gence
13.5 C
Ganja

Yeniyetmələr arasında şahmat turniri baş tutub

Gəncədə daha bir turnir təşkil olunur. Bu haqda Gencexeber.az-a 16 noyabr tarixində məlumat daxil olub.

Şəhər birinciliyində 16 yaşadək yeniyetmə şahmatçılar mübarizə aparırlar. Turnir 20 noyabr tarixinədək davam edəcək. Buraya həm oğlanlar, həm də qızlar qatılıblar.

Birincilik Şahmat Məktəbində təşkil olunur. Sonda qaliblər medal, Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılacaqlar.

Ən Çox Oxunan