FHN-in Gəncə Regional Mərkəzində mülki müdafiə mövzusuna dair müşavirə keçirilib. Bu haqda Gencexeber.az 24 sentyabr tarixində Azərtac-a istinadən xəbər verir.
Müşavirənin keçirilməsində məqsəd yeni tədris ilinin başlanması ilə əlaqədar orta ümumtəhsil məktəblərinin 2-ci, 5-ci və 6-cı siniflərinin rəhbərlərinə mülki müdafiəyə aid keçiləcək mövzular istiqamətində metodiki kömək göstərmək olub. Mövzuya dair suallar ətraflı cavablandırılıb, müzakirələr aparılıb.
Qeyd edək ki, müşavirə mülki Müdafiə işinin təşkili Baş idarəsi və Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarələri ilə təşkil olunub.