Gəncədə dirəklər üçün təhlükəli vəziyyət yaranıb. Bu haqda Gencexeber.az-a 18 noyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Məmməd Səid Ordubadi küçəsinin 1, 2, 3, 4-cü döngələri və bir sıra digər ərazilərdən gedir. Burada yeni fiber optik internet çəkilib. Sakinlərin sözlərinə görə, quraşdırılmış dirəklərin kənarları doldurulmayıb. Nəticədə onlar güclü külək nəticəsində əyiliblər. Bu hal vətəndaşları narahat edir.
Onlar bildirirlər ki, məsələ ilə bağlı telekommunikasiya mərkəzinə, “Aztelecom”un qaynar telefon xəttinə və 122-yə müraciət olunub. Lakin heç bir tədbir görülməyib.
Sakinlər, həmçinin əlavə ediblər ki, yeni dirəklər elektrik və telefon xətləri ilə bitişikdir. Bu səbəbdən dirəklər aşarsa, eyni anda bir neçə problem ilə üzləşəcəklər.
Vətəndaşlar qəzalı dirəklərin təmir olunmasını istəyirlər.