Gəncədə məktəb formalarının satış məntəqələri bəlli olub. Bu haqda bu gün, 9 avqust tarixində Gencexeber.az Bakı Tikiş Evinə istinadən xəbər verir.
Valideynlər yeni tədris ili üçün tikilmiş məktəb formalarını aşağıdakı ünvanlara yaxınlaşaraq ala bilərlər:
- Gəncə, Kəpəz r-nu, Şah İsmayıl Xətai küçəsi, 211;
- Kəpəz rayonu, Azərbaycan Bayrağı küçəsi.
Qiymətlər qızlar üçün polo köynək qısaqol və uzunqol 15 AZN, Şalvar və ətək 25 AZN, jaket 30 AZN. Oğlanlar üçün isə polo köynək qısaqol və uzunqol 15 AZN, şalvar 25 AZN, jaket 30 AZN. Ölçüləri 54-dən yuxarı olan ətək və şalvarların qiyməti nisbətən yüksəkdir.