16.9 C
Gence
17.5 C
Ganja

Yeni Gəncə qəsəbəsi yarım saatlıq işıqsız qalıb

Yeni Gəncə qəsəbəsində işıqlar sönmüşdür. Bu haqda Gencexeber.az-ın müxbiri 24 sentyabr tarixində xəbər verib.

Hadisə saat 17:00 radələrində baş verib.Qəsəbə sakinləri təxminən 17:30-dək işıqsız qalıb. Ümumilikdə binalar, obyektlər və yol infrastrukturları işıq təchizatından kəsilmişdir.

Əldə etdiyimiz məlumata əsasən, hava şəraiti tutqun və küləkli olan zaman bu cür hallar tez-tez təkrarlanır.

Qeyd edək ki, dünən axşam saatlarında şəhərin bir neçə mərkəzi küçələrində işıqlandırma sistemi, Atatürk prospektində isə üç işıqfor işləmirdir.

Ən Çox Oxunan