16.4 C
Gence
16.4 C
Gence

Səkkiz şəhidin xatirəsi anılıb

Gəncədə səkkiz şəhidin anım mərasimi keçirilib. Bu haqda Gencexeber.az-a 17 noyabr tarixində məlumat daxil olub.

Mərasimdə Nizami və Kəpəz rayonlarının icra başçıları, Gəncə şəhər icra başçısının müavini, Gənclər və idman idarəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri üzrə nümayəndəliyinin rəisi, şəhidlərin ailələri, qohumları və yaxınları iştirak ediblər.

Şəhid Məhəmməd Hüseynov, Natiq Əliyev, Asif Qocayev, Anar Məmmədov, Şöhrət Əliyev, İsmayıl Mustafayev, Nadir Abbasquliyev və Rəşad Məmmədovun məzarları önünə güllər qoyulub, ruhlarına dualar oxunub və xatirələri anılıb.

Ən Çox Oxunan