Gəncədə ikigünlük təlimlər keçirilib. Bu haqda 4 aprel tarixində Gənclər Evinə istinadən məlumat veririk.
“Yaz 2023 Debat Forumu” öncəsi Gəncə Regional Debat Mərkəzinin aktiv üzvləri ilə TOT (təlimçi olmaq təlimi) baş tutub. Burada mərkəzin sədri Elşən Tağıyev gənclərə debat haqqında biliklər, spiker vəzifələri və debatın gənclərin həyatında rolu mövzusunda təlim keçib.
Bildirilib ki, bu kimi təlimlər debat cərgələrinə yeni qoşulmuş gənclərə “Yaz 2023 Debat Forumu” öncəsi hər həftəsonu davamlı olaraq keçiriləcək.