24.1 C
Gence
24.1 C
Gence

Yaxında “Şuşa, sən azadsan” filminin təqdimatı planlaşdırılır

Gəncədə Vətən müharibəsi haqda film çəkilib. Bu barədə 20 oktyabr tarixində Gencexeber.az-ın müxbiri məlumat verib.

Vətən müharibəsi qazisi Həsən Cəfərovun ssenarisi əsasasında çəkilmiş film “Şuşa, sən azadsan” adlanır. Aldığımız məlumata əsasən, təqdimat mərasiminin 8 noyabr – Zəfər günü ərərəfəsində təşkil olunacağı planlaşdırılır.

Rollarda Gəncə Dövlət Dram teatrının aktyorları Elxan Yunis, Ruslan Hüseynov, Elmir Məmmədov, Həsən Cəfərov, Hüseyn Cəfərov, Emil Salmanov, Şahmar Məmmədov və başqaları iştirak ediblər.

Filmin bədii rəhbəri Əli Qasımov, rejissoru Yusif Cəfərov, operatoru isə Sübhan İbrahimovdur.

Ən Çox Oxunan