Gəncədə məktəblərə əməkdaşlar tələb olunur. Bu haqda 7 aprel tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan laborant, kitabxanaçı, kitabxana müdiri, təsərrüfat müdiri, təsərrüfat işləri üzrə direktor müavini və uşaq birliyi təşkilatı rəhbəri vəzifələri üzrə müsabiqə elan olunur. İşə qəbul olmaq istəyən şəxslər 5-25 aprel tarixlərində iş günləri ərzində saat 10:00-dan 17:00-dək müvafiq sənədlərini Gəncə şəhər 28 nömrəli tam orta məktəbə təqdim edə bilərlər.
Müsabiqə üçün tələb olunan sənədlər aşağıdakılardır:
- Orta, ümumi orta, orta ixtisas və ya ali təhsil haqqında sənədin surəti (diplomun əlavəsi);
- Şəxsiyyəti təsdiq edən sənədin surəti;
- Tərcümeyi-hal;
- 2 ədəd 3×4 ölçüdə fotoşəkil;
- Kadrlar uçotunun şəxsi vərəqəsi;
- Tərcümeyi-hal (əlyazma ilə).
Müsabiqə 3 mərhələdən (sənədlərin qəbulu, test imtahanı və müsahibə) ibarətdir.
Sənədlərin uyğunluğu yoxlanıldıqdan sonra müraciət etmiş şəxslər test imtahanı mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Vəzifələr üzrə tələblər haqda daha ətraflı linkə keçid edərək öyrənmək mümkündür.