14.7 C
Gence
14.7 C
Gence

Yaradıcı və istedadlı gənclərin şəbəkələşməsi üçün görüş keçirilib

Gəncədə gənclərlə görüş keçirilib. Bu haqda 12 oktyabr tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.

Tədbir yaradıcı və istedadlı gənclərin şəbəkələşməsi üçün ilk komandanın qurulması istiqamətində təşkil olunub. Görüş baş idarənin Gənclərlə iş sektorunun baş məsləhətçisi Maarif Quliyevin təşəbüsü ilə baş tutub.

Məqsəd gənclik dövründən maxsimum yararlanmağa dəstək olmaq və gənclər arasında şəbəkələşmənin inkişaf etdirilməsi olub.

Görüş çərçivəsində iştirakçılara onları maraq dairələrinə uyğun komandalara bölərək təlim paketləri təqdim olunub. Tədbirə 30 nəfər gənc qatılıb.

 

Ən Çox Oxunan