Bu gün “Yaponiya Səfirinin Kuboku” açıq birinciliyi start götürür. Bu haqda 26 iyul tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.
Yarış ölkəmizdə cüdonun yaranmasının 50 illik yubileyi və Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə 26-27 iyul tarixlərində təşkil olunur. U-15 kiçik yaşlı yeniyetmələr arasında keçiriləcək turnir Göygöl Olimpiya İdman Kompleksində baş tutacaq. Burada 200-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq. Ümumilikdə 35 komanda iştirak edəcək.
Qeyd edək ki, arenaya giriş sərbəstdir.