16.4 C
Gence
16.4 C
Gence

YAP-nin ildönümü ilə əlaqədar konfrans baş tutub

Gəncədə elmi-praktik konfrans keçirilib. Bu haqda 12 noyabr tarixində Azərbaycan Dövlət Aqrar Universitetinə istinadən məlumat veririk.

“Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” adlı tədbir YAP-nin yaranmasının 30-cu ildönümü münasibəti ilə təşkil olunub. Təşkilatın fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə universitetin rektor əvəzi Zəfər Qurbanov, YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov, İcra Hakimiyyətinin məsul əməkdaşı Yadigar Bədəlov, ADAU-nun İctimai fənlər kafedrasının müdiri Azad Bayramov, Vətən müharibəsi qazisi Asif Hacızadə və tələbə Gülçin Nəbizadənin çıxışları baş tutub.

Sonda bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilib.

Ən Çox Oxunan