16.4 C
Gence
16.4 C
Gence

YAP-nin 30-cu ildönümü qeyd olunub

Gəncədə Yeni Azərbaycan Partiyasının ildönümü ilə bağlı tədbir keçirilib. Bu haqda 16 noyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Heydər Əliyev Mərkəzində partiyanın 30-cu ildönümü qeyd olunub. Tədbirdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar: Pərvin Kərimzadə, Müşfiq Cəfərov və Naqif Həmzəyev, icra başçısı Niyazi Bayramov və AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev iştirak ediblər.

Partiyanın yaradılmasının 30 illiyinə həsr edilmiş videoçarx nümayiş olunub. Tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Musa Quliyev, Fuad Əliyev, Pərvin Kərimzadə, Naqif Həmzəyev və Müşfiq Cəfərovun çıxışları baş tutub. Həmçinin şəhid Rauf Əsgərovun anası Briliyant Əsgərova, 44 günlük Vətən müharibəsi qazisi Mətin Abdinov və Gəncə Dövlət Universitetinin tələbəsi Ömər Məmmədli də çıxış ediblər.

Sonda bir qrup partiya fəalına fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.

Ən Çox Oxunan