16.9 C
Gence
16.9 C
Gence

YAP Gəncə şəhər təşkilatında görüş təşkil olunub

Gəncədə partiya sədrləri ilə görüş keçirilib. Bu haqda 26 may tarixində YAP Gəncə şəhər Təşkilatına istinadən məlumat veririk.

YAP Gəncə şəhər təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüşdə bir sıra məsələlər müzakirə olunub və fikir mübadiləsi aparılıb. Görüşü təşkilatın sədri Bayram Aslanov açıb. O, partiya üzvləri ilə daim ünsiyyətin saxlanılmasının və onlarla birgə layihələrin, tədbirlərin keçirilməsinin vacibliyindən danışıb. Daha sonra müvafiq tövsiyə və tapşırıqlarını verib.

Tədbirdə çıxış edən natiqlər də qeyd ediblər ki, bu gün müstəqil Azərbaycanın etibarlı gələcəyinin möhkəm, sarsılmaz əsaslarının arxasında Heydər Əliyevin məqsədyönlü siyasəti dayanır.

Ən Çox Oxunan