21.4 C
Gence
21.4 C
Gence

“Yanğınlar zamanı qəza-xilasetmə əməliyyatları” mövzusunda təlim təşkil olunub

FHN-in Gəncə Regional Mərkəzində təlim keçirilib. Bu haqda 29 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi məlumat paylaşıb.

Tədbir “Yanğınlar zamanı qəza-xilasetmə əməliyyatları” mövzusunda təşkil olunub. Təlimin məqsədi yanğınla mübarizə, zərərçəkmişlərin xilas edilərək təhlükəsiz əraziyə təxliyə edilməsi və onlara ilkin tibbi yardımın göstərilməsi, qəza-xilasetmə əməliyyatları üzrə idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub. Tədbir zamanı qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.

Sonda təlimin nəticələri müzakirə olunub.

Ən Çox Oxunan